Məzmuna keç

İzmir sahillərində 42 miqrant xilas edilib

Türkiyənin İzmir şəhərində 42 qanunsuz miqrant xilas edilib.

E-huquq.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat verib.

Urla rayonu yaxınlığında rezin qayıqda batmaq təhlükəsi ilə üzləşən bir qrup şəxsin köməyinə sahil mühafizəsinin əməkdaşları çatıb.

Digər tərəfdən pilotsuz uçuş aparatı vasitəsilə İzmir sahillərində bir qrup miqrantın hərəkətdə olması müəyyən edilib. Saxlanılan qayıqda 20 qanunsuz miqrant tutulub.

Bununla əlaqədar olaraq Rayon Jandarma Komandanlığı ilə aparılan birgə əməliyyat nəticəsində 3 miqrant qaçaqmalçısı saxlanılıb.

Şəbnəm Mehdizadə