Yunanıstanın baş naziri Kiriakos Mitsotakis selin vurduğu zərərin ödənilməsi üçün Avropa İttifaqına (Aİ) müraciət edəcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir dövlətin daşqından zərər çəkənlərə maliyyə dəstəyi verəcəyini bildirib. Mitsotakis əhalinin sağlamlığının qorunması üçün silsilə tədbirlərin görüləcəyini də qeyd edib.
O, bölgəyə şəhər suyunun verilməsində yaşanan çətinlikləri kompensasiya etmək üçün təxminən bir həftə vaxt lazım olduğunu deyib. Mitsotakis bölgə əhalisinə yalnız qablaşdırılmış içməli su içmək barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Yunanıstanda ötən həftə leysan yağışlarla başlayan sel nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib.
Yerli mətbuatın verdiyi məlumata görə, daşqından zərəçəkən əhali Larisada Mitsotakisə qarşı etiraz aksiyası keçiriblər. Polis kütləni dağıtmaq üçün bibər qazından istifadə edib. Polislə fəallar arasında baş verən davada 9 polis əməkdaşı yaralanıb, 20-dən çox fəal saxlanılıb.
Şəbnəm Mehdizadə
