Məzmuna keç

İzmirdə meşə yanğını olub

Türkiyənin İzmir şəhərində meşə yanğını baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmirin Foça rayonunda baş verən yanğın havadan və qurudan edilən müdaxilələr nəticəsində nəzarət altına alınıb.

Yanğının qarşısının alınması üçün əraziyə 3 təyyarə, 5 helikopter, 17 su tankeri, 8 su təchizatı maşını və 3 dozer göndərilib.

Hazırda ərazidə soyutma işləri davam edir.

Şəbnəm Mehdizadə