Qazaxda narkotik satmaqda təqsirləndirilən Müşfiq Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılaması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mikayıl Məmmədzadənın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxt hələlik məlum deyil.
Qeyd edək ki, Müşfiq Qasımovun yaşadığı evə baxış keçirilən zaman oradan 440 qram heroin, 570 qram marixuana, psixotrop tərkibli həblər, bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Müşfiq Qasımov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədi ilə gətirdiyini etiraf edib.
Şəbnəm Mehdizadə
