Türkiyənin Muğla şəhərində meşə yanğını baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Muğlanın Beyobası adlı meşəlik ərazisində baş verən yanğın yanğınsönürənlər tərəfindən söndürülüb.
Yanğının söndürülməsi üçün əraziyə Muğla Regional Meşə İdarəsinə aid su maşınları, meşə işçiləri və xilasetmə qrupları cəlb edilib.
Yanğın zamanı təxminən 2 hektar meşə sahəsi zərər görüb.
Şəbnəm Mehdizadə
