"Optimal Elektronika" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Optimal Elektronika" altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə ediləbilər.
Məhkəmənin hazırlıq iclası sentaybrın 21-də keçiriləcək.
Şəbnəm Mehdizadə
