Məzmuna keç

Qubada tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Qubada tanışını qətlə yetirməkdə təqsirləndirilən Murad Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Murad Abbasov aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə