Məzmuna keç

Yunanıstanda epidemiya ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Yunanıstanda ötən həftə baş verən daşqından zərər çəkmiş ərazilərdə epidemiya ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zonasında yüksək hərarət, öskürək, baş ağrısı və ishaldan şikayət edənlərin sayı artmağa başlayıb.

Ölkə əhalisinə kran suyundan istifadə etməmək tövsiyə edilib.

Səhiyyə Nazirliyi təbii fəlakətin baş verdiyi ərazilərdə zərərvericilərin və gəmiricilərin sayında artım olduğunu bildirib.

Qeyd edək ki, Afina-Saloniki avtomobil yolunun bəzi hissələri hələ də su altındadır. İki böyük şəhər arasında quru yolla əlaqə kəsilib. Daşqınlar dəmir yolu sisteminə də ciddi ziyan vurub.

Şəbnəm Mehdizadə