Türkiyənin Ərzincan şəhərində 5 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları Ərzincanın Tercan rayonunda sərnişin avtobusunda 3-ü Əfqanıstan vətəndaşı olmaqla 5 qeyri-qanuni miqrantı yaxalayıb.
Miqrantlardan saxta pasportlar götürülüb. 2 miqrant barəsində “rəsmi sənədləri saxtalaşdırma” maddəsi ilə cinayət işi başlanılıb.
Avtobusun sürücüsü və onun köməkçisi miqrant qaçaqmalçılığı maddəsi ilə saxlanılıb.
Şəbnəm Mehdizadə
