"Xaliq Faiqoğlu" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Xaliq Faiqoğlu" üç yüz manat məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
