Narkokuryerlik etməkdə təqsirləndirilən Fəqani Qeybullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Hökməli qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Fəqani Qeybullayevin üzərindən 3 kiloqrama yaxın heroin aşkar edilib. O, ifadəsində bir müddət əvvəl “Baba” adlı İran vətəndaşı ilə tanış olduğunu daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifi ilə razılaşdığını bildirib. F.Qeybullayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəlis ürülüb.
Şəbnəm Mehdizadə
