Məzmuna keç

Türkiyədə antiterror əməliyyatında 4 nəfər saxlanılıb

Türkiyənin Mersin şəhərində PKK/KCK, FETÖ və İŞİD-ə qarşı eyni vaxtda əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, Terrorla Mübarizə Şöbəsinin 3 terror təşkilatının maliyyə mənbələri ilə bağlı apardığı istintaq çərçivəsində 4 şübhəlinin tutulması üçün eyni vaxtda keçirilən əməliyyatda dronlardan istifadə olunub.

Xüsusi təyinatlı polislərin də iştirak etdiyi əməliyyat zamanı 4 nəfər yaxalanıb.

Ələ keçirilən sənədlər və rəqəmsal materiallar araşdırılır.

Şəbnəm Mehdizadə