Vyetnamın paytaxtı Hanoyda doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib.
E-huquq.az “Vietnam News” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib.
Binadan 70 nəfər təxliyə edilib, onlardan 54-ü xəstəxanaya yerləşdirilib.
Təxminən 150 nəfərin yaşadığı yaşayış binasında axtarış-xilasetmə işlərinin davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.
Şəbnəm Mehdizadə
