ABŞ-ın Luiziana ştatında orta məktəbdə silahlı insident baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı atışma nəticəsində bir şagird ölüb. Yaralanan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Polis hücumun yerli vaxtla saat 15:00-da Helena Kolleci və Karyera Akademiyasında baş verdiyini və hadisəni törədən şəxsin saxlanıldığını bildirib.
Qeyd edək ki, ABŞ-da 2023-cü ildə 11 mindən çox silahlı hücumda 25 mindən çox insan həyatını itirib.
Şəbnəm Mehdizadə
