Məzmuna keç

Fələstin Liviyaya axtarış-xilasetmə qrupu göndərib

Fələstin daşqınlardan əziyyət çəkən Liviyaya axtarış-xilasetmə qrupu göndərib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin xarici işlər nazirinin müavini Əhməd əd-Dik məlumat verib.

O, Səhiyyə Nazirliyinə taleliyində olan mülki müdafiə qrupunun 37 nəfərdən ibarət olduğunu bildirib.

Mülki Müdafiə Birliyinin rəsmilərindən Avde Yunus bildirib ki, Fələstin prezidenti Mahmud Abbasın təlimatı ilə hazırlanan komanda əvvəlcə İordaniyaya, oradan da Liviyaya gedəcək.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Liviyada seldə həyatını itirən fələstinlilərin sayının 23-ə çatdığı bildirilib. Nazirlik dünən Liviyada sel nəticəsində 12 fələstinlinin həyatını itirdiyini açıqlamışdı.

Qeyd edək ki, "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub. Liviya Milli Birlik Hökuməti sel nəticəsində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.

Şəbnəm Mehdizadə