Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda kömür mədəni çöküb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə polis, təcili tibbi yardım və xilasedicilər cəlb olunub.
Dağıntılar altında qaldığı ehtimal edilən işçilərin xilas edilməsi üçün işlərə başlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Zonquldak Valisi Osman Hacıbektaşoğlu çökmə zamanı içəridə 280 nəfərin olduğunu deyib: "Hadisədən 4 nəfər zərər çəkib, 1-i xilas edilib, 1 nəfər ağır yaralanıb. 2 nəfərdən hələ də xəbər ala bilməmişik. 75 nəfərlik komanda ilə xilasetmə işləri aparılır"
Şəbnəm Mehdizadə
