Türkiyədə son 3 ayda miqrant qaçaqmalçılığına qarşı 1 285 əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, əməliyyatlar çərçivəsində miqrant qaçaqmalçılığında şübhəli bilinən 2 min 159 nəfər saxlanılıb.
Həmin şəxslərdən 543-ü həbs olunub, 207 nəfər barəsində isə məhkəmə nəzarəti təyin edilib.
Əməliyyatlar nəticəsində 75 min 442 qeyri-qanuni miqrantın tutulduğunu deyən nazir onlardan 32 min 563-nün deportasiya edildiyini qeyd edib.
Şəbnəm Mehdizadə
