Bakıda silsilə oğurluqlar etməkdə təqsirləndirilən Bəhruz Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Aynurə Sadıqovanın sədrliyi ilə kekiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Bəhruz Əhmədov Binəqədi qəsəbəsi və ətraf ərazilərdə yerləşən evlərdən silsilə oğurluqlar etməkdə təqsirləndirilir. Onun 12 evdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. B.Əhmədova qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
