Neftçalada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən Şahin Baxışovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xamməd Nuriyevin icraatına verilib. Məhkəmənin hazırılq iclası sentyabrın 28-nə təyin olunub.
Qeyd edək ki, Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 34-110 sm arası olan və yaş çəkisi 13 kiloqram 400 qram təşkil edən 152 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Dindirilmə zamanı Ş.Baxışov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edərək peşman olduğunu bildirib. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
