Bakıda vətəndaşı döyərək pulunu ələ keçirməkdə təqsirləndirilən Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və Təhmasib İlyaslının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 26-na təyin olunub.
Qeyd edək ki, dəstə üzvləri zərərçəkəni Nəsimi rayonunda yerləşən “pub”lardan birində hesabı ödəyən zaman görüblər. Onun cibində pul olduğunu bildikdən sonra isə zərərçəkəni izləyiblər. Həmin şəxsi döyərək onun 8512 manat pulunu, sənəd və pul kisəsini ələ keçiriblər. Pulu Xəzər Ələsgərovun Abşeron rayonunda yerləşən evində aralarında bölüblər. Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
