Türkiyənin 5 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə bağlı qruplar "ByLock" kompüter-əlaqə proqramınının istifadəçisi olduğu müəyyən edilən 11 nəfərə qarşı əməliyyat keçirib.
5 vilayətdə eyni vaxtda keçirilən əməliyyat nəticəsində 10 nəfər saxlanılıb, digər şübhəli şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə
