Türkiyənin Aksaray şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Aksarayın Gülağaç rayonunda 3 avtomobilin toqquşduğu yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qəza yerinə jandarma, polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Yaralılar təcili yardımla Aksaray Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. Sürücülərdən biri saxlanılıb.
Şəbnəm Mehdizadə
