Məzmuna keç

Ucarda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ucarda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil deyil.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində yerləşən avtomobil yuma məntəqələrinin birində 1996-cı il təvəllüdlü Rüfət İlyaszadəyə xəsarət yetirməkdə, daha sonra yaşadığı evə gələrək arvadı 1995-ci il təvəllüdlü Könül Əliyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə