Məzmuna keç

Azərbaycanlı hakimlər Avropa Şurasının keçirdiyi tədbirdə ölkəmizi təmsil ediblər –

Macarıstan Respublikasının Budapeşt şəhərində Avropa Gənclər Mərkəzində 2023-cü il sentyabr ayının 5-7 tarixlərində Yaxşı İdarəçilik üçün əməkdaşlıq – 3-cü faza (Partnership for Good Governance – Phase III) “Qadınların Ədalət Mühakiməsinə Əlçatanlığı: Avropa Şurasının gender bərabərliyi və qadınlara qarşı zorakılıq standartlarının tətbiqi" (Women’s Access to Justice: Implementing Council of Europe’s gender equality and violence against women standards) layihəsi üzrə “Peşəkar hüquqşünaslar üçün qadınların ədalət mühakiməsinə əlçatanlığı üzrə Mentorluq Proqramı” (Mentoring Programme on Women’s Access to Justice for Legal Professionals) keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Avropa Şurasının Şərq Tərəfdaşlıq ölkələrindən (Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan) olan hakim və prokurorlar layihə üzrə mentor qismində iştirak ediblər.

Azərbaycan Respublikasını mentor qismində Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışova, Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov və prokurorluq orqanlarının əməkdaşları təmsil ediblər.

Tədbir çərçivəsində Avropa Şurasının ekspertləri mövzu ilə bağlı məruzələr təqdim edərək mentorluq proqramının mahiyyəti, mentorluq üçün vacib bacarıq və vərdişlər haqqında praktiki məşğələlər keçiblər.

Mentorluq proqramı 10 aylıq dövrü əhatə etməklə “Qadınların Ədalət Mühakiməsinə Əlçatanlığı” mövzusu ilə bağlı hakimlərə və prokurorlara təlimlərin keçirilməsini, bununla bağlı Avropa Şurasının ekspertləri ilə mütəmadi onlayn (online) görüşlərin təşkilini və proqramın yekunları üzrə mentorların Avropa Şurasının üzv dövlətinə təhsil səfərinin (study visit) keçirilməsini nəzərdə tutur.