Türkiyənin Hatay şəhərində dəmir-polad zavodunda partlayış olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində zavodun 4 əməkdaşı yaralanıb.
İlkin tibbi yardımdan sonra yaralılar xəstəxanaya aparılıb, lakin onlardan biri xəstəxanada dünyasını dəyişib. Digər 3 nəfərin müalicəsi davam etdirilir.
Partlayışın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
