Məzmuna keç

Məktəbli avtobusu qəzaya düşdü, 14 nəfər yaralandı

Türkiyənin Denizli şəhərində məktəbli avtobusu qəzaya uğrayıb.

E-huquq.az-ın məlumatına görə, məktəbliləri daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.

Zərbənin təsirindən idarəetmədən çıxan mikroavtobus yolun kənarındakı divarı dağıdaraq evin həyətinə girib.

Hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə yaralılar xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə