Bərdədə həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Zöhrab Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Zöhrab Həşimov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Rəvanə Həşimovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilir. Z.Həşimova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
