Məzmuna keç

Naxçıvanda həmkəndlisini öldürməkdə ittiham olunan şəxsin istintaqı başa çatdı

Naxçıvanda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Gündüz Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Heydərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 27-də keçiriləcək.

Qeyd edək ki, hadisə Şərur rayonu Püsyan kəndi ərazisində baş verib. 1985-ci il təvəllüdlü Gündüz Nəcəfov həmkəndlisi 1992-ci il təvəllüdlü Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbənm Mehdizadə