“Dəmiryolservis” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Dəmiryolservis" inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
