Bakıda mağazada qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Rasim Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Rasim Bayramov paytaxtın Yasamal rayonu M.Həsənov küçəsində yerləşən mağazada qadının içərisində pulu, sənəd və bank kartları olan pulqabısının soyğunçuluq yolu ilə talamamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
