Məzmuna keç

İstixanada narkotik əkən şəxs hakim qarşısına çıxarılır

Sabirabadda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən Asif Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xamməd Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, rayonun Ulacalı kənd sakini Asif Cəfərovun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə