Məzmuna keç

Saatlı Rayon Məhkəməsində “Açıq qapı” günü keçirilib –

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Saatlı Rayon Məhkəməsində "Açıq qapı" günü keçirilib.

E-huquq.az xəbər verir ki, məhkəmənin sədri vəzifəsini icra edən İxtiyar Abuşov vətəndaşları qəbul edib.

Qəbulda, həmçinin Saatlı Rayon Məhkəməsinin böyük məsləhətçisi Mirəli Qubadov və Saatlı rayon Vəkil Bürosunun vəkili Vüsal Abbasov da iştirak edib.

Vətəndaşlara məhkəmənin fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemlər barədə izahlar verilib. Eyni zamanda hüquq və vəzifələri izah edilib, müvafiq prosessual sənədlərin nümunələri təqdim edilib.

"Açıq qapı"da iştirak edənlər, həmçinin ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumatlandırılıb.