Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əlisaleh Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib..
İş hakim Xamməd Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının sentyabrın 28-nə təyin olunub.
Qeyd edək ki, Neftçala rayonu Qaraqaşlı kənd sakini Əlisaleh Kərimovun ünvanına keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, eləcə də böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və hündürlüyü 10-150 sm arası olan 1090 ədəd çətənə kolu, evindən isə çəkisi 8 kiloqrama yaxın olan marixuana aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
