Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iştirak edən yanğınsöndürən helikopter ötən gecə Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, bir ekipaj üzvü xilas edilib, daha üç nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, ötən gün İzmirin Menderes rayonunda meşə yanğını başlayıb, hadisənin səbəbi hələ müəyyən edilməyib.
