İsmayıllıda tanışını bıçaqlamaqda təqsirləndirilən Yunis Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
İş hakim İlqar Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İsmayıllı rayon sakini, 1971-ci il təvəllüdlü Abdurzaqov Cəmşid Rəşid oğlu kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, Cəmşid Abdurzaqov əmisi qızının qeyri-rəsmi yaşadığı, Yevlax rayon sakini Yunis Muradov tərəfindən qısqanclıq zəmnində aralarında baş verən münaqişə zamanı bıçaqlanıb. Y.Muradova qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi il ittiham irəlu sürülüb.
Şəbnəm Mehdizadə
