"Astara Çay" MMC barədə inzibati protokol tərtib olunub.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Astara Çay" üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
