Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 8 nəfər saxlanılıb

Türkiyənin 4 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən FETÖ-nün gizli hərbi strukturuna qarşı keçirilən əməliyyatda 10 şübhəli şəxs müəyyən edilib.

Onlardan 8-i saxlanılıb.

Digər şübhəli şəxslərin tutulması üçün əməliyyatlar davam edir.

Şəbnəm Mehdizadə