Məzmuna keç

Kolumbiyada qanunsuz silahlı birləşmələrə qarşı əməliyyatda 4 əsgər həlak olub

Kolumbiyanın Narino inzibati rayonunun Cumbitara şəhərində qanunsuz silahlı birləşmələrə qarşı əməliyyat keçirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat zamanı baş verən silahlı qarşıdurmada 4 əsgər həlak olub. Əraziyə əlavə qüvvələr göndərilib və əməliyyat davam edir.

Kolumbiya Müdafiə Nazirliyi həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.

Şəbnəm Mehdizadə