Türkiyənin Bursa şəhərində ağır yol qəzasında 6 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis maşını elektrik dirəyinə çırpıldıqdan sonra xidməti mikroavtobus və taksi ilə toqquşub.
Nəticədə 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
İlkin tibbi yardım göstərildikdən sonra yaralı polislər Çekirge Dövlət Xəstəxanasına, digər 3 yaralı isə Yüksək İxtisas Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
