Məzmuna keç

Türkiyədə ağır qəza, ölənlər və yaralılar var

Türkiyədə Balıkesir şəhərində ağır yol qəzasında 2 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, İstanbul-İzmir yolunun Balıkəsir şəhərindən keçən hissəsində 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Avtomobillərdən biri daha sonra baryerlərə çırpılaraq yola aşıb.

Nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Xəstəxanaya çatıdırlan yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin yüksək sürətlə hərəkət etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə