Məzmuna keç

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu məhkəməyə verildi

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu publik hüquqi şəxsi məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, "Profmaterials" şirkəti instituta qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə