Məzmuna keç

“Aztelekom”a qarşı 5 milyon manat iddia qaldırıldı

“Aztelekom”a qarşı 5 milyon manat iddia qaldırıldı

“Avirtel” MMC “Aztelekom” MMC-ni məhkəməyə verib.

E-huquq.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Avirtel" dəymiş 5 milyon manat dəyərində maddi zərərin və "Avirtel" MMC şəbəkəsindən qanunsuz çıxarılaraq "Aztelekom" şəbəkəsinə keçirilmiş 10 min müştərinin yenidən "Avirtel" MMC-yə qoşulmalarının təmin edilməsi barədə tələb irəli sürüb.

İddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarıb.

İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə verilmiş elektron iddia ərizəsində göstərilən cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd elektron
iddia ərizəsinə əlavə edilməyib.

Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi elektron qaydada geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.