Məzmuna keç

Nigeriyada vəbadan ölənlərin sayı 94-ə çatıb

Nigeriyada bu il vəba xəstəliyindən həyatını itirənlərin sayı 94-ə yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumat yayıb

Məlumata görə, son bir ayda ölkənin 23 əyalətində 201 yoluxma qeydə alınıb. Yanvar ayından bəri ölkədə 2 860 vəba yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, Nigeriyada təmiz suyun və effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Bundan başqa, ölkədə malyariya, poliomielit, tif və meymun virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.

Şəbnəm Mehdizadə