Şirvanda vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Vüsal Fərəcovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.
Hakim Səidə Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Fərəcov toy məclisindən çıxan zərərçəkənin içkili vəziyyətdə olmağından istifadə edərək ona qarşı soyğunçuluq etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
