Məzmuna keç

AZAL-a cərimə yazıldı

"Azərbaycan Hava Yolları" QSC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 295.2-ci (hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olub.

Protokola Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Azərbaycan Hava Yolları” üç min manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq icıasının vaxtı hələ ki açıqlanmayıb.

Şəbnəm Mehdizadə