Türkiyədə mərkəzi Balıkəsir şəhəri olmaqla 5 vilayətdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Balıkəsir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı ilə əlaqədə olduğu müəyyən edilən və təşkilatın həbsdə olan üzvlərinin yaxınlarına maddi dəstək göstərdiyi iddia edilən 25 nəfər barədə həbs qərarı çıxarılıb.
Balıkəsir Polis İdarəsinin Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılıb.
Araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə
