Məzmuna keç

Narkotik qaçaqmalçılığında təqsirləndirilən dəstənin məhkəməsi başlayır

Masallıda narkokuryerlik etməkdə təqsirləndirilən Ülzan İsmayılov, Ervin Məmmədov, Elşən Məmmədov, Rəşad Budaqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materialar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Vüqar Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin əməkdaşlarının birgə keçirdiyi növbəti xüsusi əməliyyat nəticəsində saxlanılan həmin şəxslər İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik keçirməyə cəhd göstərməkdə təqsirləndirilirlər. Onlara məxsus nəqliyyat vasitəsindən ümumilikdə 11 kiloqram müxtəlif xassəli narkotik vasitə aşkar edilib. Dəstə üzvləri narkotik vasitələri İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə