Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əkrəm Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi mateialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Hakim İlham Cəfərzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Bakının Mərdəkan əsəbəsində qeydə alınıb. Əkrəm Qəhrəmanlı idarə etdiyi avtomobillə yolu keçən 1998-ci il təvəllüdlü Fətullazadə Türkan İlqar qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
