Ağcabədidə mağazadan oğurluq etməkdə təqsirləndirilən Aslan Xanlarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rəşad Nuriyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Aslan Xanlarov Avşar kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə təqsirləndirilir. Araşdırmalarla onun mağazadan kontur, siqaret və pul oğurladığı aşkar olunub. A.Xanlarova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
