Məzmuna keç

Türkiyədə 4,1 bal gücündə zəlzələ oldu

Türkiyənin Bodrum şəhərində 4,1 bal gücündə zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, hadisə Muğla rayonunda qeydə alınıb.

Zəlzələ nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.